MİLLİ MƏCLİSİN İCLASLARI

STATİSTİKA

"Muğan Vadisi" rəqəmsal inkişaf layihəsi ilə bağlı görüşlər keçiriləcəkdir

10:00 31.10.2023



 
Əziz Mil-Muğan region gəncləri, yüksək məvacibli iş tapmaq istəyirsinizsə, gələcəyinizi qurmaq istəyirsinizsə, bu paylaşımı diqqətlə oxuyun.
 
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyin dəstəyi ilə Sabirabad şəhərində "Muğan" Rəqəmsal İnkişaf Mərkəzində 4 istiqamət üzrə - Java foundation, Data analitics, Help desk və Qrafik dizayn üzrə tam ödənişsiz 3 aylıq təlim keçiriləcək. Təlimlərə Bakıdan yüksək peşəkarlığa malik mütəxəssislər cəlb ediləcək və 3 ay müddətində Sabirabad şəhərinə ezam ediləcək. Təlimləri uğurla bitirən gənclərin ən azı yarısı mütləq şəkildə işlə təmin ediləcək. Layihənin formatı belədir.
 
Layihə ilə bağlı məlumatlandıranı təmin etmək üçün İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi və Techspace Azərbaycan şirkətinin nümayəndələri ilə 2 noyabr tarixində Sabirabad şəhərində məlumatlandırma sessiyaları keçirəcəyik. Saat 9.30-da Sabirabad ASAN Xidmət mərkəzində, saat 10.30-da Mil-Muğan regional gənclər və idman idarəsinin inzibati binasında, saat 11.30-da Sosial-İqtisad Kollecində, saat 2.00-da Mil-Muğan regional təhsil idarəsində, saat 3.00-da Mil-Muğan regional mədəniyyət idarəsində .
 
Gələcəyini qurmaq istəyən gənclərlə görüşə gələcəyik.