MİLLİ MƏCLİSİN İCLASLARI

STATİSTİKA

15 iyun- Milli Qurtuluş Günü münasibətilə Vəkillər Kollegiyasının dəstəyi ilə Sabirabad rayonunda ödənişsiz hüquqi yardım aksiyası keçiriləcək

08:24 09.06.2023



15 iyun- Milli Qurtuluş Günü münasibətilə Vəkillər Kollegiyasının dəstəyi ilə Sabirabad rayonunda yaşayan vətəndaşlar üçün “Pro Bono” Vəkil Bürosu vəkilləri tərəfindən ödənişsiz hüquqi yardım aksiyasının keçirilməsi nəzərdə tutulmuşdur.
 
Biz ötən il də Vəkillər Kollegiyasının dəstəyi ilə 6 pulsuz hüquqi yardım aksiyası təşkil etmişdik. Hər zaman göstərdiyi dəstəyə görə Anar müəllimə və kollektivinə dərin minnətdarlığımı bildirirəm.
 
Aksiya iyun ayının 10-ı saat 10:00-da Yeni Azərbaycan Partiyasının Sabirabad rayon təşkilatının inzibati binasında təşkil ediləcəkdir.
 
Deputat Kamal Cəfərov tərəfindən əlaqələndirici şəxslər: Azad Əhmədbəyli
Əlaqə nömrəsi : (055) 676-69-52
 
Vəkillər Kollegiyası tərəfindən əlaqələndirici şəxs: Hüquqi Yardım və Tədris Mərkəzinin direktor müavini Afət Qaziyeva
Əlaqə nömrəsi: (012) 594 99 85, (050) 340 09 81