MİLLİ MƏCLİSİN İCLASLARI

STATİSTİKA

2-ci Qarabağ müharibəsi qazisi Rafiq Rəhimovla görüş keçirildi

18:41 06.03.2023



2-ci Qarabağ müharibəsi qazisi Rafiq qardaşımız özü Sabirabad rayonun Suqovuşan kəndində anadan olub. 2020-ci ildə Suqovuşan uğrunda gedən döyüşlərdə yaralanıb və qazi olub.

Rafiq Yeni Günəşlidə yaşadığından onun qayğıları ilə həmişə həmkarım Etibar müəllim maraqlanıb. Bir gün Etibar müəllim Rafiq qardaşımızın bir mülki məsələ ilə bağlı hüquqi yardıma ehtiyacı olduğunu bildirdi. Rafiqlə Milli Məclisdə görüşdük, problemini dinlədim. Qazi qardaşımızın çox mühüm probleminin həlli həyata keçdi. Bu məqsədlə Etibar müəllimlə birgə qazi qardaşımızın evinə getdik, çay süfrəsinə qonaq olduq.