MİLLİ MƏCLİSİN İCLASLARI

STATİSTİKA

2-ci Qarabağ müharibəsi şəhidi Fərid Hüseynovun ailəsinə mülki iş üzrə hüquqi yardım göstərildi

11:59 04.05.2022



2-ci Qarabağ müharibəsi şəhidi Fərid Hüseynovun ailəsi mülki iş üzrə hüquqi yardımın alınması üçün bizə müraciət etmişdir.
Bizim müraciətimiz əsasında Sabirabbada keçirilən bütün pulsuz hüquqi yardım aksiyalarında aktiv iştirak edən dostumuz vəkil Araz Həsənov isə şəhid ailəsini məhkəmədə təmsil etmək və onların hüquqlarını müdafiə etmək təşəbbüsünü göstərmişdir. Artıq Sabirabad rayon Məhkəməsində mülki iş üzrə keçirilən ilk məhkəmə iclasında da şəhid ailəsinin vəkili kimi iştirak etmişdir.
Bu cür nəcib dəstəyə görə vəkil Araz Həsənova, həmçinin pulsuz hüquqi yardım aksiyalarının keçirilməsində bizə tam dəstək göstərən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Anar Bağırova və Hüquqi Yardım və Tədris Mərkəzinin rəhbəri Şahmar Məmmədova təşəkkür edirəm.