MİLLİ MƏCLİSİN İCLASLARI

STATİSTİKA

Avropa Şurasının İnsan hüquqları üzrə komissarı Dunya Miyatoviclə Qərbi Azərbaycan İcmasında görüş keçirildi - Baku TV

12:25 24.10.2023



 
Avropa Şurasının İnsan Hüquqları üzrə komissarı Dunya Miyatoviçlə görüşdə Ermənistanın bizi öz dədə-baba torpaqlarımızdan qovmaqla və bizim geri qayıtmağımıza əngəl törətməklə beynəlxalq hüququ, o cümlədən Avropa Şurasının İnsan Hüquqları Konvensiyalarını kobud şəkildə pozduğunu bildirdik. Qeyd etdikki, Qərbi Azərbaycan İcması məsələnin sülh və ədalətli həlli üçün Ermənistan hökuməti ilə dialoqa hazırdır.
 
Xanım D.Miyatoviçi Ermənistandan qovulmuş azərbaycanlıların öz evlərinə qayıtmasına dəstək verməyə, o cümlədən baş vermiş pozuntularla bağlı qərəzsiz araşdırma aparmağa, Ermənistana tematik səfərlər təşkil etməyə və bu dövlətə təzyiq göstərməyə çağırdıq.
 
Xanım D.Miyatoviç qaçqınların, o cümlədən Ermənistandan qovulmuş azərbaycanlıların qayıdış hüququnun əhəmiyyətini başa düşdüyünü qeyd edərək bu məsələnin həllinin siyasi iradə tələb etdiyini bildirib. O, öz mandatı və regiona səfərinin məqsədləri barədə məlumat verərək qaldırılan məsələlərlə öz səlahiyyətləri çərçivəsində məşğul olacağını bildirib.