MİLLİ MƏCLİSİN İCLASLARI

STATİSTİKA

Belçika Federal Parlamentinin Nümayəndələr Palatasının yəhudi əsilli deputatı Mixael Fraylix və onun jurnalist xanımı Quba rayonuna səfər edir

08:17 06.07.2023



 
Belçika Federal Parlamentinin Nümayəndələr Palatasının yəhudi əsilli deputatı Mixael Fraylix və onun jurnalist xanımı Nexama Bloxla Quba rayonuna səfər etdik.
 
Səfər çərçivəsində qonaqlarla Quba Rayon İcra Hakimiyyətində Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini müvəqqəti icra edən, başçının birinci müavini Tariyel İbrahimov, Rayon İcra Hakimiyyətinin məsul şəxsləri və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsi müdirinin iştirakı ilə görüş keçirilmiş, sonra isə qonaqlar dağ yəhudilərinin kompakt şəkildə məskunlaşdığı Qırmızı Qəsəbə, buradakı sinaqoqlar, Ümumdünya Dağ Yəhudilərinin Tarix-Etnoqrafiya Muzeyi ilə tanış olmuş və Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”ni ziyarət etmişlər.