MİLLİ MƏCLİSİN İCLASLARI

STATİSTİKA

Etimadınıza layiq olmağa çalışacam! Sabirabad yenə nümunə oldu

11:52 10.02.2020



Əzizi Sabirabadlılar,

Hər birinizə mənə göstərdiyiniz etimada görə təşəkkür edirəm. Mən çalışacam ki, Sizlərin etimadına layiq olum, söz verirəm ki, fəal deputat olacam, hər həftənin bir günündə rayonda olacam. Bizim camaatı narahat edən bütün məsələləri Parlamentdə səsləndirəcəm və aidiyyəti qurumlar qarşısında qaldırıb, həllinə nail olacıq.

Bu qələbə eyni zamanda Yeni Azərbaycan Partiyasının qələbəsidir. Partiyamıza və onun namizədlərinə, Cənab Prezidentimizin siyasətinə səs vermiş bütün seçicilərimizə minnətdarıq.

Bu gün qərargahda yüzlərlə vətəndaş təbrikə gəlmişdi. Bununla yanaşı qeyd etmək istəyirəm ki, Sabirabadda yeni siyasi mədəniyyətin əsası qoyuldu. Sabirabad nümunə oldu!

Seçki prosesində rəqibim olan tanınmış iqtisadi ekspert Razi Abasov, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) namizədi Fatimə xanım, Sabirabad rayon Mərkəzi Xəstəxanasının mühasibi Mehran Qəfərov, bitərəf namizəd Vüqar Hüseynov məni təbrik elədi.

Daha güclü Sabirabad naminə!