MİLLİ MƏCLİSİN İCLASLARI

STATİSTİKA

Orta məktəblərlə tanışlıq

10:39 04.02.2020



Dünən təhsil işçiləri ilə keçirdiyim görüşdə bir neçə orta məktəbə dəvət edildim. Səhər tezdən Qalağayın kənd orta məktəbinə baş çəkdik. Məktəbin əsaslı təmirə ehtiyacı var. Məktəbin otaqları odunla isinir. Müəllim kollektivi mənə məlumat verdi ki, bu məktəb Cənab Prezident İlham Əliyev tərəfindən təsdiq edilən investisiya proqramı çərçivəsində 2020-ci il ərzində əsaslı təmir ediləcək.

Səməd Vurğun adına 3 saylı orta məktəb isə təmirlidir. Otaqları mərkəzləşdirilmiş qaydada isidilir. Təmiri və vəziyyəti çox yaxşıdır. Müəllim kollektivi bildirdi ki, məktəbin bufete ehtiyacı var.

Daha sonra 9 saylı orta məktəbə getdik. Həmin məktəbin isə yenidən tikilməsinə ehtiyac var. Həmin məktəbin də investisiya proqramları çərçivəsində təmir edilməsi nəzərdə tutulur. Məktəbin çox pozitiv müəllim kollektivi var, tədrislə bağlı xeyli müzakirələr apardıq.