MİLLİ MƏCLİSİN İCLASLARI

STATİSTİKA

Prezident seçkilərində İctimai TV və Radio Yayımları Şirkəti tərəfindən ayrılmış ödənişsiz efir vaxtının bölgüsü məqsədilə püşkatma keçirilib

17:23 15.01.2024



 
Fevralın 7-nə təyin edilmiş növbədənkənar prezident seçkilərində İctimai TV və Radio Yayımları Şirkəti tərəfindən ayrılmış ödənişsiz efir vaxtının bölgüsü məqsədilə püşkatma keçirilib.
 
Həftənin bazar ertəsi, çərşənbə və cümə günləri İctimai Televiziyanın efirində, həftənin çərşənbə axşamı, cümə axşamı və şənbə günləri isə İctimai Radionun efirində prezidentliyə namizədlərin təşviqatı aparılacaq. İTV-də və İctimai Radioda çıxışlar saat 21:00-da başlayacaq.
 
Püşkatmanın nəticələri aşağıdakı kimidir: 
 
1. Öz təşəbbüsü ilə namizədliyi irəli sürülmüş Zahid Oruc;
2. Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa;
3. Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev;
4. Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev;
5. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev;
 6. Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev;
 7. Prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev