MİLLİ MƏCLİSİN İCLASLARI

STATİSTİKA

Qərbi Azərbaycana həsr olunmuş konfrans çərçivəsində Yunanıstan, İordaniya və Albaniya nümayəndələri ilə görüşlər keçirildi

11:13 06.12.2023



 
Cari ilin 5-6 dekabr tarixlərində Qərbi Azərbaycana həsr olunmuş “Ermənistandan didərgin salınmış azərbaycanlıların təhlükəsiz şəkildə və ləyaqətlə geri qayıdışını təmin etmək: Qlobal kontekst və ədalətli həll” mövzusunda beynəlxalq konfransa keçirilir.
 
Konfrans çərçivəsində Yunanıstanın Saloniki Universitetinin Hüquq Fakültəsinin dekanı, professor Panaqiotis Qklavinis,  İordaniya Nazirlər Kabinetinin media müşaviri Mohammed Salah Al Malkavi və Albaniyanın Tirana Jurnalistika Mükəmməllik Mərkəzinin icraçı direktoru Krisafi Ledion ilə görüşdük. 
 
Onlara Qərbi Azərbaycanlıların sülh yolu, təhlükəsiz və ləyaqətli şəkildə geri qayıdış istəyi ilə bağlı geniş məlumat verdik.