MİLLİ MƏCLİSİN İCLASLARI

STATİSTİKA

Sabirabad ASAN Xidmət mərkəzində gənclərlə "Technest" təqaüd proqramı barədə görüş keçirildi

09:33 04.11.2023



Yüksək məvacibli əməkhaqqı qazanmaq istəyən, gələcəyin reallığı ilə ayaqlaşmaq istəyən, öz gələcəyini özü qurmaq istəyən gənclərlə Sabirabad ASAN Xidmət mərkəzində görüşdük.
 
İnnovasiyalar və Rəqəmsal İnkişaf Agentliyin nümayəndəsi İbrahim bəy və Techspace Azerbaijan şirkətinin rəhbəri Elçin bəylə onlara "Technest" təqaüd proqramı haqqında məlumat verdik.
 
Sabirabadlı gənclər, bir daha qeyd edirəm www.technest.idda.az internet səhifəsinə daxil olun, "Technest" təqaüd proqramından çox sadə formada qeydiyyatdan keçin.
 
4 növ təlim olacaq: Qrafik dizayn, Data analitks, Java Foundation və Help desk. Seçdiyiniz bir təlim üzrə Bakıdan ezam olunmuş yüksək peşəkarlğa malik mütəxəssislər Sabirabad şəhərində bu yaxınlarda açılışını planlaşdırdığımız Muğan Rəqəmsal İnkişaf Mərkəzində 3-4 ay müddətində təlim keçəcək.
 
Layihənin gözəlliyi ondan ibarətdir ki, təlimlərin pulunu dövlət ödəyir, sizə investisiya edir. Layihənin digər gözəlliyi ondan ibarətdir ki, podratçı şirkət məzunların ən azı yarısını işlə təmin etməlidir.
 
Bizim təşəbbüsümüzlə təqaüd proqramı regionda ilk dəfə Sabirabadda keçirilir.
 
Bizim təşəbbüslərə həmişə çevik reaksiya və dəstək verən Rəqəmsal İnkişaf və Nəqliyyat Naziri Rəşad müəllimə və komandasına minnətdarlığımı bildirirəm.