MİLLİ MƏCLİSİN İCLASLARI

STATİSTİKA

Sabirabad rayonunda 17 may tarixində növbəti pulsuz hüquqi yardım aksiyası keçiriləcək

14:10 16.05.2022



Əziz Sabirabadlılar,
Sizə məruzə etmək istəyirəm ki, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının dəstəyi ilə may ayının 17-də Sabirabad rayonu Heydər Əliyev Mərkəzində növbəti pulsuz hüquqi yardım aksiyası keçiriləcək. Rayon vətəndaşlarına istənilən məsələdə pulsuz hüquqi yardım göstəriləcək. Artıq bütün vətəndaşların rahat qəbulu üçün şərait və vaxt bölgüsü təmin edilib. Müraciət etmək istəyənlər köməkçim Azadla əlaqə saxlamağını xahiş edirəm. Məqsədimiz qəbul zamanı vətəndaşların rahatlığını təmin etməkdir. Mən özüm də vəkilləri müşayiət edəcəm.
Həmçinin məlumat vermək istəyərdim ki, 14 fevral tarixində keçirdiyimiz pulsuz hüquqi yardım layihəsi çərçivəsində 68 vətəndaş müraciəti daxil olmuşdur, müraciətlərə dair mərkəzi icra hakimiyyəti orqanlarına 54, yerli icra hakimiyyəti orqanlarına 6, özəl müəssisə və təşkilatlara 4 deputat sorğusu göndərdik, 2 müraciəti mediasiya təşkilatlarına ünvanladıq, 2 vətəndaşın müraciətinin həll edilməsi üçün məhkəməyə ünvanlanan iddia ərizələri vəkillər tərəfindən hazırlandı, onlar məhkəmə iclaslarında vəkillər tərəfindən təmsil olundular.
Göstərdikləri dəstəyə görə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına və Anar müəllimə xüsusi təşəkkürümü bildirirəm.