MİLLİ MƏCLİSİN İCLASLARI

STATİSTİKA

Sabirabadda “Muğan Vadisi” rəqəmsal inkişaf mərkəzi yaradılır

10:09 06.09.2023



 
 
Sabirabadlı gənclərə möhtəşəm xəbərimiz var! 
 
Bizim təşəbbüsümüz və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəstəyi ilə Sabirabadda “Muğan Vadisi” rəqəmsal inkişaf mərkəzi yaradılır.  
 
Mərkəzdə aparılan təmir işləri ilə yerində tanış oldum. Mərkəz Silikon vadisindəki ofislərin formatında dizayn ediləcək və cari ilin 20 sentyabr tarixində fəaliyyətə başlayacaq.  
 
Mərkəzdə Bakıdan ezam olunmuş və yüksək təcrübəyə malik informasiya texnologiyaları üzrə mütəxəssislər Sabirabadlı gənclərə Help Desk, C#, Java Script, qrafik dizayn sahələri üzrə 3 aylıq tədris proqramı keçəcəklər və daha sonra onların işlə təmin olunmasına dəstək olacaqlar.
 
Tədris proqramları RİN-nin İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi hesabına Sabirabadlı gənclər üçün ödənişsiz formada həyata keçiriləcək. Proqramın icraçısı respublikanın aparıcı İT şirkətlərindən biri olan “Techspace” şirkətidir.  
 
İlkin mərhələdə 60 gənc seçiləcək, 2024-cü ildə isə bu quotanın iki dəfə artırılması nəzərdə tutulur. Eyni zamanda növbəti mərhələdə təkcə Sabirabad deyil, İmişli, Şirvan, Hacıqabul, Saatlı rayonundan da gənclər bu proqrama seçiləcək.  
 
Proqrama qəbul şərtləri və digər detallar barədə növbəti həftə elan paylaşacağam və növbəti həftələrdə Sabirabadda mütəxəssislərin iştirakı ilə bir neçə təqdimatlar da edəcəyik.  
 
Region gənclərin rəqəmsal inkişafına göstərdiyi dəstəyə və həmişə təşəbbüslərimizə verdiyi çevik reaksiyaya görə Rəqəmsal İnkişaf və Nəqliyyat Naziri Rəşad Nəbiyevə və komandasına minnətdarlığımı bildirirəm.