MİLLİ MƏCLİSİN İCLASLARI

STATİSTİKA

Strasburqda keçirilən Dünya Demokratiya Forumunda Qərbi Azərbaycanlıların geri qayıdış hüququ ilə bağlı sual səsləndirildi

16:06 06.11.2023



 
Bu gün Qərbi Azərbaycan İcmasının nümayəndəsi kimi Strasburqda keçirilən Dünya Demokratiya Forumunda iştirak edirəm.
Forumun "Demokratiya sülhə bərabərdir" adlı açılış sessiyasında panelistlərə Qərbi Azərbaycanlıların geri qayıdış hüququ ilə bağlı sual ünvanlasam da, cavab verilmədi.
 
Forum davam edir, bütün imkanlardan istifadə edib Qərbi Azərbaycanla bağlı həqiqətləri Forum iştirakçıların diqqətinə çatdırmağa çalışacağam.