MİLLİ MƏCLİSİN İCLASLARI

STATİSTİKA

"Muğan" Ağır Atletika klubunun üzvü Əli Şükürlü Albaniyanın Dürres şəhərində keçirilən Avropa birinciliyində bürünc medal qazanıb

18:03 04.11.2022



"Muğan" Ağır Atletika klubunun üzvü Əli Şükürlü Albaniyanın Dürres şəhərində keçirilən Avropa birinciliyində birdən qaldırma hərəkətində 161 kq-ı ram edərək bu hərəkətdə bürünc medal qazanıb.
Milli Məclisin sədr müavini, Gənclər və İdman Komitəsinin sədri Adil müəllimlə birgə Əli ilə görüşdük, onu təbrik etdik və növbəti qələbələr arzuladıq.
Qeyd edim ki, 3 ay bundan əvvəl Sabirabadda ağır atletikaya başlayan uşaqlar artıq 35 kilonu ram edir. Bu templə 1 ilə Sabirabaddan respublika üzrə çempion çıxarda biləcəyik.