MİLLİ MƏCLİSİN İCLASLARI

STATİSTİKA

“Muğan Ağır Atletika” Klubumuzun gənc idmançıları regional birincilikdə iştirak edərək iki bürünc medal qazanmışdırlar

15:41 16.10.2023



 
Oktyabrın 13-də Cəlilabad rayonunda şəhid ağırlıqqaldıran Ümüd Qasımzadənin xatirəsinə həsr olunan ağırlıqqaldırma üzrə regional birincilik keçirilib. Turnirdə Respublikanın 5 şəhər və rayonundan 70-ə yaxın atlet medallar uğrunda mübarizə aparıb.
“Muğan Ağır Atletika” Klubumuzun gənc idmançıları regional birincilikdə iştirak edərək iki bürünc medal qazanmışdırlar.
 
2011-ci il təvəllüdlü Xəzayıl Zeynallı 64-67 kiloqram çəki dərəcəsində ağırlığı ram edərək üçüncü yerə layiq görülmüş və bürünc medal qazanmışdır.
 
2010-cu il təvəllüdlü Ramal Məmmədzadə 73+ kiloqram çəki dərəcəsində üçüncü yerə layiq görülərək bürünc medal qazanmışdır.