MİLLİ MƏCLİSİN İCLASLARI

STATİSTİKA

28 Dekabr tarixində YAP-ın İdarə Heyətinin iclası keçirildi

21:10 28.12.2023



 
Bu gün YAP-ın İdarə Heyətinin iclası keçirildi.
 
YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov iclasın gündəliyi  barədə məlumat verdi. O qeyd etdi ki, Yeni Azərbaycan Partiyası 2024-cü il fevralın 7-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidenti seçkilərində Azərbaycan Respublikası Prezidentliyinə irəli sürdüyü namizəd İlham Heydər oğlu Əliyevin müdafiəsi üçün topladığı 50 min seçici imzasının olduğu imza vərəqələrini  Mərkəzi Seçki Komissiyasına təqdim edib.
 
YAP Mərkəzi Aparatının rəhbəri prezident seçkiləri ilə bağlı qarşıda duran vəzifələrə toxunaraq gündəlikdə duran məsələləri elan edib. İclasda ilk olaraq seçkilərlə əlaqədar bir sıra məsələlərə baxılıb.
 
İclasda YAP İdarə Heyəti tərəfindən Azərbaycan Respublikası Prezidentinin seçkilərində YAP-ın Mərkəzi Seçki Komissiyasında məşvərətçi səs hüquqlu üzvü təyin edildim. Həmkarım Rauf Əliyev isə MSK-nın iclaslarını müşahidə edəcək şəxs təyin edildi.
Bundan əlavə, səsvermə gününədək dairə seçki komissiyalarında, səsvermə günü Azərbaycan Respublikasının bütün ərazisində müşahidə aparacaq şəxslərin, eləcə də səsvermə günü məntəqə seçki komissiyalarında müşahidə aparacaq şəxslərin və dairə və məntəqə seçki komissiyaları üzrə məşvərətçi səs hüquqlu üzvlərin təyin edilməsi barədə qərar qəbul olundu.
 
 
 
Daha ətraflı: