MİLLİ MƏCLİSİN İCLASLARI

STATİSTİKA

40 Sabirabad sakininin gözü BatıGöz Klinikası tərəfindən ödənişsiz əməliyyat olundu

10:24 19.10.2023



Əziz Sabirabadlılar, 
 
BatıGöz klinikasının dəstəyi ilə Sabirabad şəhərində Azərbaycanın ən peşəkar göz həkimləri tərəfindən xüsusi avadanlıqlarla təchiz edilmiş tırda ödənişsiz müayinə keçirildi. Müayinədə 517 seçicimin göz sağlamlığı müayinə edildi. Bunun nəticəsində müəyyən edilmiş 40 katarakt əməliyyatı İcbari-Tibbi Sığorta Agentliyi tərəfindən tam ödənişsiz həyata keçirildi.
 
BatıGöz klinikası tərəfindən əməliyyatlarda Amerikan şirkəti olan Alcon firmasının ən yüksək səviyyəli İQ linzalarından istifadə edildi. Eyni zamanda əməliyyatlarda iştirak edən seçicilərimi BatıGöz Klinikasının xüsusi avtobusu onlarını evindən götürüb, əməliyyat edib və yenidən evlərinə qaytarıb. Mən də əməliyyat olunmuş bir neçə seçicimlə görüşdüm. Onlar da xüsusi razılıqlarını bildirdi.
 
BatıGöz klinikası tərəfindən seçicilərimə göstərdikləri yüksək peşəkarlıq, xüsusi diqqətə və nəcib dəstəyə görə minnətdarlığımı bildirirəm.