MİLLİ MƏCLİSİN İCLASLARI

STATİSTİKA

AĞ Partiyanın başqanı Tural Abbaslı ilə korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlər barəsində debat

16:28 06.04.2021



Bu gün APA TV-də AĞ Partiyanın başqanı Tural Abbaslı ilə korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlər barəsində debatımız oldu. Tural bəyin fəaliyyətini sosial şəbəkələr vasitəsilə izləyirəm və onun çıxışları daim diqqət mərkəzində olub. Hal-hazırda sosial şəbəkələrdə müxalifət partiyaları və rəhbərləri arasında ən çox baxılan çıxışlar Tural bəyə məxsusdur.
Bu gün ilk dəfə şəxsən tanış olduq və xoş təəsüratlarla ayrıldıq. Qərara aldıq ki, bundan sonra debatlarda iştirak edək və ictimai əhəmiyyət kəsb edən mövzular ətrafında canlı fikir mübadiləsi aparaq.
Debatdan kiçik hissələr formasında videolar təqdim edəcəyəm. Videonun tam versiyasına baxmaq üçün APA TV-nin youtube səhifəsini izləyin.

 

"Azərbaycanda korrupsiyaya qarşı səmərəli mübarizə üçün bütün mexanizmlər mövcuddur":

"Korrupsiyaya qarşı mübarizə davamlı və sistem xarakter daşımalıdır":

"YAP İdarə Heyətinin deputatı Kamal Cəfərovun Ağ Partiya başqanı Tural Abbaslı ilə debatından":