MİLLİ MƏCLİSİN İCLASLARI

STATİSTİKA

Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının (ASAP) təşkilatçılığı ilə “ASAP Forum 2022” keçirildi

17:06 28.07.2022



Bu gün “Gülüstan” sarayında Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi və Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının (ASAP) təşkilatçılığı ilə “ASAP Forum 2022”-də açılış nitqi ilə çıxış elədim.
23 ölkənin 90-dan çox universitetində təhsil alan və məzun olmuş 300-dən çox gənc bir araya gəldiyi forumda Azərbaycançılıq ideologiyası ilə bağlı öz fikirlərimi səsləndirdim.
Hesab edirəm ki, bu forum gənclərin yeni əlaqələr və dostluqların qurulması, milli maraqlarımızın müdafiəsi məqsədilə gələcək fəaliyyətin səmərəli təşkili, o cümlədən öz şəxsi bilik və bacarıqların inkişafında mühüm rol oynayacaq.