MİLLİ MƏCLİSİN İCLASLARI

STATİSTİKA

“Şuşa ili”nə həsr edilmiş “Şuşa şəhərinin iqtisadi və mədəni inkişafının beynəlxalq arenada təbliği” adlı tədbirin açılış mərasimi keçirildi

16:00 06.12.2022



Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi və "ELSA Azərbaycan" tərəfindən təşkil edilən “Şuşa ili”nə həsr edilmiş “Şuşa şəhərinin iqtisadi və mədəni inkişafının beynəlxalq arenada təbliği” adlı tədbirin açılış mərasimində çıxış etdim.
Qeyd edim ki, tədbirin iştirakçıları Azərbaycanda təhsil alan xarici tələbələr idi. Xarici tələbələrə post-konflikt dövründə Ermənistan və ermənipərəst qüvvələrin pozuculuq fəaliyyəti, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonların inkişaf planları və mədəni inkişaf sahəsində həyata keçirilən tədbirlər barədə geniş məlumat verildi.
Şuşanın mədəni inkişafı ilə bağlı ADA Universitetində təhsil alan xarici tələbə çox maraqlı sual verdi. Birinci qeyd etdi ki, Şuşada həyata keçirilən mədəni quruculuq işlərabidələri ilə tarixi ədaləti bərpa edirsiniz, Şuşanı yenidən dirçəldirsiniz.
Bəs Şuşadakı tarixi və mədəni abidələrə 30 il ərzində dəymiş mənəvi zərəri necə bərpa etmək olar?
Çox maraqlı sual idi. Əlbətdə tədbirdə iştirak edən bütün panelistlər maraqlı cavablar verdi.
Bəs siz bu suala necə cavab verərdiniz?