MİLLİ MƏCLİSİN İCLASLARI

STATİSTİKA

Gənclər və İdman naziri Fərid Qayıbovla Sabirabadda görüş keçirildi

17:57 09.04.2022



1 həftə bundan əvvəl Gənclər və idman naziri Fərid Qayıbovla görüşdüm, Sabirabad rayonu Olimpiya Kompleksinin cari vəziyyəti və rayonda idmanın inkişafı ilə bağlı məsələləri müzakirə etdik. Fərid müəllim bu gün tam komandası ilə Sabirabada gəldi, olimpiya kompleksinin vəziyyəti ilə yerində tanış oldu və idmançılarla görüşdü. Görüş çox pozitiv keçdi.
İdman kompleksinin təmiri ilə bağlı yerində tapşırıqlar verdi. Eyni zamanda rayonda idman və gənclərin şəxsi inkişafı ilə bağlı bir sıra ideyaları müzakirə etdik. Qısa zamanda idmançılarımızı narahat edən məsələlər də öz həllini tapacaq.
Çox sevindirici haldır ki, Gənclər və idman nazirimiz Fərid müəllim və komandası çox çevik və peşəkardır. İnanıram ki, onun rəhbərliyi ilə regionlarda idman yeni inkişaf mərhələsinə qədəm qoyacaq.