MİLLİ MƏCLİSİN İCLASLARI

STATİSTİKA

Rəqəmsal İnkişaf və Nəqliyyat Naziri Rəşad Nəbiyevlə birgə Şirvan şəhərində fəaliyyət göstərən Gənclər Evinin fəaliyyəti ilə tanış olduq

14:29 08.12.2022



Rəqəmsal İnkişaf və Nəqliyyat Naziri Rəşad Nəbiyevlə birgə Şirvan şəhərində fəaliyyət göstərən Gənclər Evinin fəaliyyəti ilə tanış olduq.
Şirvan rayonu gənclərinin rəqəmsal bilik və bacarıqlara yiyələnməsi istiqamətində müzakirələrimiz oldu.
Rəşad müəllim Sabirabad təcrübəsinin Şirvan rayonunda tətbiqi ilə bağlı aidiyyəti strukturlara tapşırıq verdi.
Çox şadam ki, Sabirabadda pilot layihə olaraq birgə həyata keçirdiyimiz "Sabirabad Rəqəmsal İnkişaf" (SİRİ) layihəsi uğurlu oldu. Eyni zamanda bu layihə bizim təşəbbüsümüzlə regionda ilk dəfə Sabirabadda həyata keçirilib.