MİLLİ MƏCLİSİN İCLASLARI

STATİSTİKA

Kənd Təsərrüfatı Naziri İnam Kərimovla Sabirabad fermerləri ilə görüş keçirildi

12:51 19.04.2022



Bu gün Kənd Təsərrüfatı Naziri İnam Kərimov, pambıq şirkətlərinin rəhbərləri və Sabirabad rayonunun pambıqçı fermerləri ilə birgə Kürkəndi kəndində fermer Xalıq Zülfüqarovun 10 hektarlıq sahəsində çiyid səpinində iştirak etdik.
Bizə verilən məlumata əsasən bu il Sabirabadda 11 min hektardan artıq sahədə pambıq əkini proqnozlaşdırılır. Artıq arat olunmuş sahələrdə çiyid səpini başlayıb. Ötən il pambıq qəbulu məntəqələrinə 27 min tondan artıq məhsul təhvil verən sabirabadlı fermerlər bu il daha yüksək məhsuldarlıq əldə etməyə hazırlaşırlar.
Eyni zamanda fermerləri narahat edən məsələləri də müzakirə etdik, təkliflərini qeyd elədik. Bəzi müraciətlər yerindəcə öz həllini tapdı, digərlərinin həlli üçün isə müvafiq tapşırıqlar verildi.
Eyni zamanda Bulaqlı kəndində arıçılıq təsərrüfatı ilə də tanış olduq