MİLLİ MƏCLİSİN İCLASLARI

STATİSTİKA

Qalaqayın kəndində evi yanan gənc ailə üçün yardım aksiyası keçirilir

14:45 17.08.2021



Əziz dostlar, sizlərin dəstəyinizə ehtiyacımız var. Qalaqayında görüş zamanı 85 yaşlı Kübra xanım nəvəsi Əliağanın 1 həftə əvvəl evinin yandığını və imkanlarının çox aşağı olduğunu bildirdi. Yanmış evlə tanış olduq. Əliağa gənc ailədir, 2 övladı var, nə özü nə də həyat yoldaşı işləmir. Əliağa da bu evi fəhləlik edərək 5 ilə tikə bilib. Çox pərişan vəziyyətdə idilər. Sadəcə evin dam örtüyünün təmiri ilə bağlı dəstək istəyirlər ki, qış gələndə içində yaşaya bilsinlər. Bizə bildirdilər ki, evin dam örtüyünün materialı üçün 5 min manat pul lazımdır. Qonşuda olan ustalar isə pulsuz təmir edəcəklər. Digər təmir işlərini də də özləri hissə-hissə edəcəklər.
“Düşünən Azərbaycan Gənci” –DAĞ təşəbbüsü çərçivəsində dəstək aksiyası elan edirik. Düşünürəm ki, 100 nəfər 50 azn yardım etsə gənc bir ailəyə böyük dəstək olar. Böyük savab olar. Mən özüm də əməkhaqqımdan 250 azn yardım edirəm. Sizdən dəstək olmağınızı xahiş edirəm. Maliyyə şəffaflığına şəxsən özüm təminat verirəm. Bütün çekləri də və verilən dəstəyi də paylaşacağam.
Dəstək vermək istəyənlər bu kart hesabına onlayn formada pul köçürə bilərlər – 4169 7413 3122 3733 (11/21)
Eyni zamanda hansısa tikinti şirkəti dəstək olmaq istəyirsə xahiş edirik bizə müraciət etsinlər.
Əlaqə telefonu: 055 676 69 52 (köməkçim Azad)