MİLLİ MƏCLİSİN İCLASLARI

STATİSTİKA

#SabirArt layihəsi gəncləri həvəsləndirir

17:15 18.05.2023



 
Səma M.Ə. Sabir adına məktəbin şagirdidir və istedadlı rəssamdır.
 
Ötən il Sabirabadlı gənclər üçün keçirdiyimiz SabirArt layihəsini diqqətlə izlədiyini və layihənin növbəti buraxılışının keçirilməsini xahiş etdi.
 
Səma qeyd etdi ki, bu iki rəsm onun ilk əsərləridir və hər gün öz üzərində işləyir.
SabirArt layihəsi çərçivəsində daha da inkişaf etməyə ümid edir.
Mən də söz verdim ki, çalışacağam gələn il SabirArt layihəsinin yeni buraxılışına başlayacağıq və ilk iştirakçımız da Səma olacaq.