MİLLİ MƏCLİSİN İCLASLARI

STATİSTİKA

“Şirvan” Regional Enerji Təchizatı və Satış İdarəsinin rəisi Elnur Həsənovla birgə vətəndaş qəbulu keçirildi

09:45 30.09.2023



“Şirvan” Regional Enerji Təchizatı və Satış İdarəsinin rəisi Elnur Həsənovla birgə vətəndaş qəbulu keçirdik. Görüşdə işıq təsərrüfatından narazı olan vətəndaşlar və icra nümayəndəliklərin müraciətlərini dinlədik. Bəzi müraciətlərin həlli üçün yerində tapşırıqlar verildi.
 
Əziz Sabirabadlılar, ilkin olaraq qeyd edim ki, təkcə 2023-cü il ərzində Sabirabadın 21 kəndinin işıq təsərrüfatı yenilənib. 2024-cü ildə isə Qaralı, Qaralar, Həsənli, Axısxa, Qəzli, Quruzma və Qaraqaşlı kəndlərinin işıq təsərrüfatı yenilənəcək.
 
"Azərişıq" ASC ilə birgə keçirdiyimiz vətəndaş qəbulundan həm mən həm də vətəndaşlar çox razı qaldı. Elnur Həsənov və komandasının vətəndaşlara qarşı həssas davranışı və məsələlərə peşəkar yanaşmasını çox yüksək qiymətləndirirəm.
 
Birgə vətəndaş qəbulu təşəbbüsümüzə göstərdiyi çevik reaksiya və davamlı dəstəyinə görə "Azərışıq" ASC-nin sədri Vüqar Əhmədova təşəkkür edirəm.