MİLLİ MƏCLİSİN İCLASLARI

STATİSTİKA

Ulu Öndər Heydər Əliyevin 100 illiyi münasibəti ilə "PAŞA Holding" MMC-nin dəstəyi ilə həyata keçirilən"Heydər Əliyev Siyasi Məktəbi" layihəsi möhtəşəm konfransla yekunlaşdı

12:39 10.12.2023



 
Ulu Öndər Heydər Əliyevin 100 illiyi münasibəti ilə "PAŞA Holding" MMC-nin dəstəyi ilə həyata keçirdiyimiz "Heydər Əliyev Siyasi Məktəbi" layihəsi möhtəşəm bir konfransla yekunlaşdı.
 
Yeni Azərbaycan Partiyası və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin birgə təşkilatçılığı ilə layihənin 6-cı və sonuncu mərhələsinə (1993-2003-cü illər) həsr edilən "Heydər Əliyev və Yeni Azərbaycan" konfransı keçirildi.
 
Konfransda YAP sədrinin müavini - Mərkəzi aparatın rəhbəri Tahir Budaqov, Elm və Təhsil Naziri Emin Əmrullayev, ADNSU-nın rektor əvəzi Vazeh Əskərov, Baş nazirin sabiq müavini Əli Həsənov və layihə iştirakçısı, Sabirabadlı Nuranə Hüseynova çıxış etdi.
 
İlkin olaraq həm layihənin uğurlu icrasına, həm də konfrasın təşkilinə göstərdiyi dəstəyə görə Tahir müəllimə minnətdarlığımı bildirirəm. Konfransın yüksək səviyyədə təşkilinə görə Vazeh müəllimə təşəkkür edirəm.
 
Qeyd edim ki, layihənin məqsədi Ulu Öndər Heydər Əliyevin müxtəlif dövrlərdə tətbiq etdiyi idarəçilik modeli əsasında yeni nəsil Sabirabad fəallarının siyasi hazırlığını yüksəltmək idi.
 
Layihə çərçivəsində Heydər Əliyevin siyasi fəaliyyəti 6 dövr üzrə rəmzi seçilmiş məkanlarda, Ulu Öndərin fəaliyyətinin bir hissəsi olmuş vəzifəli şəxslərlə qeyri-rəsmi formada öyrənilib.