MİLLİ MƏCLİSİN İCLASLARI

STATİSTİKA

20 yanvar şəhidlərinin xatirəsi Strasburqda anıldı

22:30 20.01.2023



Bu gün 20 yanvarı - ümumxalq anım gününü Azərbaycan Respublikasının Avropa Şurası yanında nümayəndəliyində qeyd etdik.
 
Biz, Azərbaycan xalqı olaraq, 20 yanvarı son iki ildir ki, ərazi bütövlüyünü bərpa etmiş, məğrur xalq kimi qeyd edirik.
 
20 yanvar Azərbaycan xalqının qəhrəmanlıq salnaməsinin ən mühüm tarixlərindən biridir.
 
Bu tarixə də ilk siyasi-hüquqi qiymət Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1990-ci il 21 noyabr tarixdə Naxçıvan Ali Məclisi və 1994-cü il 29 mart tarixdə Milli Məclis tərəfindən verilmişdir.