MİLLİ MƏCLİSİN İCLASLARI

STATİSTİKA

Avropa Parlamentində deputatlarla görüşlər axşam saatlarına qədər davam etdi

21:43 19.01.2023



Avropa Parlamentində deputatlarla görüşlərimiz axşam saatlarına qədər davam etdi. Sonuncu görüşümüz də alman deputat Maykl Qahlerlə oldu. Hər görüşdə deputatlardan tərəf tutmadan, ölkə seçmədən sadəcə beynəlxalq hüququ dəstəkləmələrni xahiş etdik.
 
Eyni zamanda hər bir deputata bildirdik ki, Laçın ətrafında yaradılmış feyk informasiya blokadası regionda sülhü istəməyən və Ukraynada baş verən müharibədən diqqəti yayındırmaq istəyən qüvvələrin həyata keçirdiyi məqsədyönlü siyasətin nəticəsidir. Çünki ötən ilin 15 dekabr tarixindən bu günə qədər Laçın koridorundan Avropa Parlamentinin deputatlarının sayı qədər nəqliyyat vasitəsi keçib.
 
Bu cür cəhdlər Avropa Birliyini sülh danışığı prosesindən kənarlaşdırmaq üçün edilir. Çünki onsuz da Avropa Parlamentinin və onun qəbul etdiyi qətnamənin Azərbaycan xalqı üçün heç bir əhəmiyyəti yoxdur, beynəlxalq hüquqa zidd qəbul edilmiş sənədlər bizim üçün kağız parçasıdır. Azərbaycan xalqının avropa institutlarına etimadı sıfırdır. Çünki 30 il müddətində xalq onlardan heç bir ədalət görmədi. Ədaləti Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuz və xalqımız bərpa edib.
 
Bu mərhələdə vitse-prezidenti korrupsiya ittihamları ilə həbs edilən Avropa Parlamentinin qəbul etdiyi və ya edəcəyi qərarlarının legitimliyini artıq Avropa Parlamentinin öz üzvləri sorğulayır. Belə ki, həbs edilən vitse-prezident Eva Kaili də ermənipərəst idi və Laçın koridorunun "bloklanlanması" ilə bağlı irəli sürülən qətnamə layihəsinin təşəbbüskarı da Eva Kailinin təmsil olunduğu Sosial-Demokratlar partiyasıdır. Ona görə də görüşdüyümüz bir sıra digər partiyaların nümayəndələri həmin qətnamə layihəsinə səs verməyəcəklərini bildirdilər.