MİLLİ MƏCLİSİN İCLASLARI

STATİSTİKA

528 şagird yerli yeni Qalaqayın orta məktəbi tikilməyə başlayıb

14:18 13.03.2023



Sabirabadda ilk səfər etdiyim məktəb Qalaqayın orta məktəbi olub. Məktəbin vəziyyəti tam təmirsiz idi, bir korpusu qəzalı vəziyyətdə idi. Bu barədə Təhsil Nazirliyinə deputat sorğusu ünvanlamışdıq.
 
Böyük məmnuniyyət hissi ilı bildirmək istəyirəm ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən təsdiqlənən illik investisiya planı çərçivəsində iki korpuslu, üç mərtəbəli, 528 şagird yerli yeni Qalaqayın orta məktəbi tikilməyə başlayıb və təmir işlərinin car ilin avqust ayında bitməsi nəzərdə tutulur.
 
Bu gün məktəb direktoru və müvafiq məsul şəxslə tikinti işlərinə baxış keçirdik. Məktəbin həyətindəki hər bir uşaq və müəllimin, hər kəsin üzündə təbəssüm var idi. Hər kəs, o cümlədən mən də Cənab Prezidentə təşəkkür edirik. Hər birimiz üçün uğurlu xeyirli olsun.