MİLLİ MƏCLİSİN İCLASLARI

STATİSTİKA

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektor əvəzi, dosent Vazeh Əskərovla görüş keçirildi

12:53 17.11.2023



 
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektor əvəzi, dosent Vazeh Əskərovu Yeni Azərbaycan Partiyasının iclaslarından tanıyıram. Hər ikimiz YAP İdarə heyətinin üzvüyük.
 
"Heydər Əliyev Siyasi Məktəbi" layihəsinin sonuncu mərhələsini müzakirə etmək üçün Vazehin dəvəti ilə universitetdə görüşdük və bu imkandan istifadə edərək tələbərə yaradılmış şəraitlə tanış oldum. ADNSU-da şəhidlərin xatirəsinə ucaldılan abidə kompleksini ziyarət etdik universitetin  auditoriyalarında, Azİİ e-Kitab Evində baxış keçirdik və Azərbaycan-Türkiyə Dostluq Mərkəzində dərs prosesini izlədik.
 
ADNSU bu il ilk dəfə olaraq QS Dünya Universitetlərinin Reytinq Sıralamasında 1201-1400-cü yerdə qərarlaşıb. İnanıram ki, bir neçə ilə top 500-ə də daxil olacaq.