MİLLİ MƏCLİSİN İCLASLARI

STATİSTİKA

Sabirabad mərkəzi stadionunda həyata keçirilən təmir işləri yekunlaşmaq üzrədir

10:44 01.03.2024



Əziz Sabirabadlılar,

Sabirabad mərkəzi stadionunda həyata keçirilən təmir işləri yekunlaşmaq üzrədir. Stadionun ot örtüyü yenilənib, suvarma sistemi təmin edilib. Stadion ərazisindəki iki inzibati binanın biri tam təmir edilib, digərində isə təmir işləri növbəti 10 gün ərzində yekunlaşacaq. Meydançanın ətrafında eni 5 metr, uzunluğu 500 metr ölçülərində velosiped və yürüyüş zolağı salınıb. Eyni zamanda stadionun işıqlandırılması üçün 4 böyük işıqlandırma bloku quraşdırılıb. Mövcud olan 5 tamaşaçı oturacağa da aidiyyəti qurumlar tərəfindən baxış keçirilir. Bəzi tamaşaçı blokları qəzalı vəziyyətdədir. Bəziləri isə təmirə yararlıdır. Aidiyyəti qurumların ekspert rəyindən sonra yararlı olan tamaşaçıların əyləşəcəyi oturacaq blokları da təmir ediləcək.