MİLLİ MƏCLİSİN İCLASLARI

STATİSTİKA

Sabirabad mərkəzi stadionunun açılışı “Vətənin müdafiəsinə hazır ol” Respublika Spartakiadası ilə edildi

09:37 04.05.2024



Əziz Sabirabadlılar,
 
Uzun müddətdir təmir prosesi ilə məşğul olduğumuz Sabirabad mərkəzi stadionunun açılışını “Vətənin müdafiəsinə hazır ol” Respublika Spartakiadası ilə etdik. Bu spartakiadını Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr etdik. Tədbirdə 14 rayon və şəhərlərdən qatılan idmançılar müxtəlif idman növləri üzrə yarışlarda öz güclərini sınadılar.
 
Qeyd edim ki, təmir çərçivəsində mərkəzi stadiona işıq, su və qaz xətləri çəkildi, yeni ot örtüyü salındı, suvarma sistemi quraşdırıldı, soyuna-geyinmə otaqları, inzibati binalar tam təmor edildi. Uzunluğu 500 metr, eni 5 metr olan velosiped və yürüyüş zolağı (asfalt örtüyü) salındı. Stadionun axşam vaxtı işıqlandırılması üçün 4 böyük işıqlandırma sistemi quraşdırıldı.
Bu prosesdə dəstək göstərən bütün özəl və dövlət qurumlarına minnətdarlığımı bildirirəm.