MİLLİ MƏCLİSİN İCLASLARI

STATİSTİKA

Sabirabad şəhər stadionuna 7 min kvadrat metrə yaxın təbii ot örtüyü salınır

17:21 20.11.2023



 
Əziz Sabirabadlılar,
 
Sabirabad şəhər stadionuna 7 min kvadrat metrə yaxın təbii ot örtüyü salınır. Stadionun ölçüsü FİFA standartına uyğun olaraq 105x68 metrdir. Bir aydan sonra futbol meydançası rənglənəcək və istifadəyə tam hazır olacaq.
 
Bu dəstəyə görə xeyirxah sahibkarlara təşəkkür edirəm.
 
Eyni zamanda qeyd etmək istəyirəm ki, stadiona 4 böyük işıq dirəkləri də bu həftə ərzində quraşdırılacaq.
 
Stadion ərazisindəki iki inzibati binadan (geyinmə otağı və duş kabinələri) biri tam hazırdır.Digəri də 2024-cü ilin yanvar ayına hazır olacaq.
 
Stadion ərazisindəki oturacaqlar qəzalı vəziyyətdədir, yaınız bir neçəsi bərpaya yararlıdır. Əgər gələn il sponsor tapa bilsək, onları da bərpa edəcəyik.