MİLLİ MƏCLİSİN İCLASLARI

STATİSTİKA

Sabirabadın gənc təhsil işçiləri ilə görüş keçirildi

10:51 15.02.2023



Sabirabadın da yüksəliş proqramı "Heydər Əliyev siyasi məktəbi" layihəsi olacaq - daha ətraflı:
 
Sabirabadın gənc təhsil işçiləri ilə görüşdüm. Həm təhsil infrastrukturu həm də təhsil prosesinin inkişafı ilə bağlı təkliflərini qeyd etdim.
 
Görüş zamanı "Heydər Əliyev ili" çərçivəsində YAP-ın Sabirabad rayon təşkilatı ilə başladığımız "Heydər Əliyev siyasi məktəbi" layihəsi barədə geniş məlumat verdim.
 
"Heydər Əliyev siyasi məktəbi" layihəsi həyata keçirəcəyimiz ən mühüm layihədir. Heydər Əliyevin fəaliyyəti ilə bağlı heç yerdə oxumadığınız, onunla birgə işləmiş şəxslərdən onun fəaliyyəti haqqında öyrənmək imkanınız olacaq, eyni zamanda layihə çəriçivəsində arzuladığınız şəxsi inkişaf kurslarında iştirak edəcəksiniz.