MİLLİ MƏCLİSİN İCLASLARI

STATİSTİKA

"Düşünən Azərbaycan Gənci" (DAĞ) layihəsi çərçivəsində 4 nəfərin bir illik təhsil haqqına dəstək verildi

09:49 13.09.2023



 
Əziz Sabirabadlılar,
 
Bildiyiniz kimi, "Düşünən Azərbaycan Gənci" (DAĞ) layihəsi çərçivəsində dəstək olduğumuz 10 aztəminatlı ailənin övladlarının hər biri ali təhsil müəssisələrinə qəbul olub. Onlardan 6-sı ödənişsiz, 4-ü isə ödənişli əsaslara universitetlərə qəbul olunmuşdu. 
 
Ödənişli əsaslarla qəbul olunan gənclərin bir illik təhsil haqqının ödənilməsi ilə bağlı aidiyyəti qurumlarla apardığımız kommunikasiyaların nəticələri müsbət oldu, 4 nəfərin bir illik təhsil haqqı 4 qurum tərəfindən ödənildi. 
 
Göstərdikləri dəstəyə görə Rəqəmsal İnkişaf və Nəqliyyat Naziri Rəşad Nəbiyevə, "Azərbaycan Sənaye Korporasiyası" ASC-nin baş direktoru Kamran Nəbizadəyə, Aqrarkredit QSC-nin İdarə Heyətinin sədri Məmməd Musayevə və Aqrar Sığorta Fondunun İH-nin sədri Fuad Sadıqova həm gənclər həm də öz adımdan minnətdarlığımı bildirirəm. 
 
Qeyd etməliyəm ki, şagirdlərdən birinin atası rəhmətə gedib. Aqrarkredit QSC-nin İdarə Heyətinin sədri Məmməd Musayevin dəstəyi ilə həmin xanımın 4 illik təhsil haqqı ödəniləcək və ona hər ay təqaüd veriləcək. 
Əziz gənclər, hər birinizə uğurlar arzu edirəm!