MİLLİ MƏCLİSİN İCLASLARI

STATİSTİKA

"Düşünən Azərbaycan Gənci" (DAĞ) layihəsinin iştirakçıları ilə görüş keçirildi

10:51 21.02.2023



Sabirabadlı gənclərin ali təhsil müəssisələrinə qəbuluna dəstək vermək üçün başladığımız "Düşünən Azərbaycan Gənci" (DAĞ) layihəsinin iştirakçıları ilə görüşdüm. Tədris prosesi ilə maraqlandım. Ümumi hazırlıq və motivasiya yüksək səviyyədədir. İnşallah bu gənclər ali təhsil müəssisələrinə yüksək balla qəbul olacaq. 
Qeyd edim ki, "DAĞ" layihəsi çərçivəsində son iki ildə sosial təminatı aşağı olan lakin yüksək potensiala malik 20 gənc ali təhsil müəssisələrinə "Kainat" kurslarında pulsuz hazırlaşdırılıb. 2022-ci ildən "Kainat" kursları Sabirabad şəhərində fəaliyyətə başlayıb. Kursun rəhbəri İlqar müəllim bundan sonra hər il bizim adımızdan 10 şagirdi pulsuz hazırlaşdıracaq. Car təhsil dövrü üçün 12 nəfərin tədris prosesi davam etdirilir.