MİLLİ MƏCLİSİN İCLASLARI

STATİSTİKA

"Düşünən Azərbaycan Gənci" (DAĞ) layihəsinin üçüncü buraxılışının iştirakçıları qəbul imtahanlarının birinci mərhələsinində uğurla iştirak ediblər

14:32 18.05.2023



Artıq 3-cü ildir ki, "Düşünən Azərbaycan Gənci" (DAĞ) layihəsi çərçivəsində sosial təminatı aşağı olan, lakin yüksək potensiala malik 10 şagirdin ali təhsil müəssisələrinə qəbulu prosesinə dəstək oluruq. Bu il də Kainat kursunun dəstəyi ilə 10 şagird 1 ilə yaxındır ki, kursda pulsuz hazırlıq keçir.
 
Bu gün onlarla yenidən görüşdüm və öyrəndim ki, gənclər imtahanın 1-ci mərhələsində mümkün 300 baldan ortalama 200-ə yaxın bal yığıblar.
 
İnşallah yekunda yüksək nəticələr göstərərək arzuladıqları universitet və ixtisasa qəbul olacaqlar.
 
Gənclər söz verdilər ki, ali təhsili bitirəndən sonra Sabirabada mütəxəssis kimi qayıdıb rayonun ümumi inkişafına öz dəstəklərini verəcəklər.